Kiyevdə polislə etirazçılar arasında toqquşma olub, bir polis xəsarət alıb
Dünən axşam Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib. "112 Ukrayna" telekanalının verdiyi xəbərə görə, bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib. Onun sözlərinə görə, insident nəticəsində 1 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. "112 Ukrayna" 10 etirazçının müxtəlif dərəcəli xəsarət alması barədə məlumat yayıb. Bundan əvvəl Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB