Amerika Birləşmiş Ştatlar aprel ayında Polşanın şimal-şərqinə daha minə yaxın hərbçi göndərəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə Amerikanın Avropadakı qoşunlarının Almaniyanın Visbaden şəhərində yerləşən Baş Qərargahı öz "Twitter" mikrobloqunda məlumat yayıb.
"ABŞ bundan sonra da NATO-nun şərq cinahını gücləndirməyi planlaşdırır. 2017-ci ilin aprelində Polşanın Ojiş şəhərinə hərbi texnika ilə yanaşı təqribən min Amerika hərbçisi göndəriləcək", – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Amerika qoşunları Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB