Dünən saat 11:45-də Ermənistanın müddətli hərbçisi Lernik Osayan aldığı güllə yarasından yerindəcə keçinib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, Qarabağda ölən 19 yaşlı Osayan Ermənistanın Lori əyalətindəki Odzun kənd sakinidir. Onun ailənin tək övladı olduğu bildirilir.
Ermənistan vətəndaşı və ailənin tək övladı olan 19 yaşlı Osayanın Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində niyə peyda olduğu barədə açıqlama verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB