Vardan Oskanyanın oğlu həbs edilib

Vardan Oskanyanın oğlu həbs edilib

Ermənistanın "Birlik" Partiyasının sədri, sabiq xarici işlər naziri Vardan Oskanyanın oğlu Ara Oskanyan saxlanılıb. SİA "Aysor.am"a istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi onun vətəndaşa zor tətbiq etdiyi üçün saxlandığını açıqlayıb. Belə ki, Oskanyan dostu ilə birgə ona 1500 000 dram borcu olan şəxsi iradəsinin əksinə olaraq avtomobildə saxlayıb, sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməsi ilə hədələyib. A.Oskanyana və dostu Q.Siradaryana Cinayət Məsəlləsinin 133-cü bəndi ilə cinayət işi açılıb.

Həmin maddə əvvəlcədən planlaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən vətəndaşın azadlığının məhdudlaşdırılmasını, həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməsi və yaxud hədələməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə