İstanbulda korrupsiyaya qarşı mübarizə çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 50 nəfərin saxlanılmasına sanksiya verilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Təhlükəsizlik İdarəsinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyatda 10 rayonda yerləşən 60 ünvanda axtarış aparılıb. Saxlanılmasına sanksiya verilənlər arasında məmurların da olduğu bildirilir.
Əməliyyat nəticəsində artıq saxlanılanların olduğu bildirilsə də, onların sayları açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB