Tramp bəzi KİV-ləri ABŞ-ın düşməni adlandırıb

Tramp bəzi KİV-ləri ABŞ-ın düşməni adlandırıb

ABŞ prezidenti Donald Tramp bir sıra Amerika KİV-lərini xalqın düşməni adlandırıb. SİA-nın məlumatına görə, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb. "Saxta xəbərlər dərc edən "The New York Times", "NBC", "ABC", "CBS", "CNN" mənim düşmənlərim deyil, Amerika xalqının düşmənləridir", deyə prezident yazıb.

Qeyd edək ki, Tramp dəfələrlə ABŞ mediasını yalan məlumatlar yaymaqda ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə