Pakistan ordusu Əfqanıstanı raketlə vurdu, 2 uşaq öldü

Pakistan ordusu Əfqanıstanı raketlə vurdu, 2 uşaq öldü

Pakistan Silahlı Qüvvələrinin Əfqanıstanın Nanqarhar vilayətinə 200-ə yaxın raket atdığı bildirilib. Axar.az xəbər verir ki, Lalpoor mahalının nümayəndəsi Ataullah Xoqyani bölgəyə səhərdən axşama kimi raket atıldığını qeyd edib. O, hücumlarda 2 uşağın öldüyünü, 100-dən çox ailənin isə evlərini tərk etdiyini vurğulayıb. Qeyd edək ki, dünən Pakistan hökuməti Əfqanıstan sərhəddə yerləşən "Torkham" keçid məntəqisinin bağlanması barədə qərar verib.

Buna səbəb kimi Pakistanda sufi məscidində baş verən terror aktı göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə