Pakistanın güc strukturların keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb. "Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, çox sayda saxlanılanlar var", məlumatda bildirilir.
Ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB