Qərb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Moskvanın ittifaq quracağından çox qorxur. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov deyib.
"Qərbin Türkiyə ilə bağlı narahatlıqları var. Bunun da səbəbləri çoxdur. Əvvəla, Ərdoğan konstitusiyaya dəyişiklik edərək prezident üsuli-idarəsi yaratmaq istəyir. Belə olan halda Türkiyə Avropadan uzaqlaşacaq. Avropa Ankaranı özünə müttəfiq kimi görmək istəyir və onun belə mövqedə durmasını istəmir. Ərdoğan ölkəsində hörmət sahibi olan liderdir. Türkiyə xalqının dəstəyini qazanmış dövlət başçısıdır", - Markov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB