Bu gün Bağdadın cənubunda minalanmış avtomobilin partladılması nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb. Əl-Cəzirə telekanalının yaydığı məlumata görə, hadisə zamanı daha 60 nəfər yaralanıb.Bir qədər əvvəl Reuters agentliyi tibb işçilərinə istinadla 48 nəfərin həlak olduğu, France-Press agentliyi isə polisə istinad edərək terror aktı qurbanlarının sayının 39-a çatdığı barədə xəbər yaymışdı.
Minalanmış avtomobilin Bayaa rayonunda partladıldığı bildirilir. France-Press agentliyinin məlumatına görə, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB