Böyük Britaniyanın Nyukasl Universitetinin tədqiqatçıları Sakit okeanının dərinliklərində ABŞ-da təxminən 40 il əvvəl istifadəsi qadağan olunmuş kimyəvi maddələr aşkarlayıblar. "Nature Ecology and Evolution" jurnalı xəbər verir ki, Sakit okeanın Mariana və Kermadec çuxurlarında yaşayan canlıların yağlı toxumalarında keçmişdə geniş istifadə edilən PCB və PBDE kimyəvi maddələri tapılıb.
Tədqiqatçılar vurğulayıblar ki, Mariana çökəkliyindəki PCB-nin səviyyəsi Çinin ən çirkli çaylarından olan Liaohenin ətrafındakı çəltik tarlalarındakından 50 dəfə çoxdur. PCB kimyəvi maddəsi 1979-cu ildə ABŞ-da, 2001-ci ildə isə BMT-nin Stokholm Konvensiyası ilə bu təşkilata üzv ölkələrdə qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB