Çin ilk kosmik yük gəmisini apreldə orbitə buraxacaq

Çin ilk kosmik yük gəmisini apreldə orbitə buraxacaq

Çinin ilk kosmik yük gəmisi olan "Tiencou-1" cari ilin aprelində orbitə buraxılacaq. Sinxua agentliyi bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, gəmi Çinin şimalındakı liman şəhəri olan Tiencində hazırlanıb. "Tiencou-1" artıq bu ölkənin Haynan əyalətində fəaliyyət göstərən Vınçang Atma Mərkəzinə gətirilib. Yük gəmisi burada montaj və test prosedurundan keçərək orbitə buraxılması üçün hazır vəziyyətə gətiriləcək.

Altı ton yük daşıya biləcək "Tiencou-1" orbitdə kosmik stansiyanın yaradılması istiqamətində böyük töhfələr verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə