PYD Türkiyəni hədələdi: "Vuracağıq"

PYD Türkiyəni hədələdi: "Vuracağıq"

Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu (ASO) Menbicə doğru hərəkət edərsə, qarşılıq verəcəyik. Bu barədə PKK-nın Suriyadakı qolu PYD məlumat yayıb. "Türkiyə Suriyanın şimalında yaradılan idarəetməni hədəf alır. Ankara açıq şəkildə deyir: Harda kürd varsa, ora da müdaxilə edəcəyik. İctimaiyyətə isə İŞİD-lə mübarizəni əsas gətirir. Menbicdə İŞİD yoxdur. Türkiyə Əl Babdan sonra Menbic və Afrina hücum etməyi planlaşdırır", - açıqlama bildirilib.

Qeyd edək ki, türk ordusu Əl Babda nəzarəti təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə