Şimali İraqda PKK-ya görə 23 kənd boşaldılıb

Şimali İraqda PKK-ya görə 23 kənd boşaldılıb

Şimali İraqda PKK-ya görə 23 kənd boşaldılıb. Axar.az xəbər verir ki, PKK-nın hərbi düşərgələrini kəndlərin yaxınlığında qurması səbəbindən Duhoka şəhərinin Akre mahalının rəhbəri Mazın Məhəmməd sakinlərin təxliyə edildiyini bildirib.

Məhəmməd PKK düşərgələrinin vətəndaşların təhlükəsizliyinə təhdid yaratdığını qeyd edib. Terrorçulardan qaçan sakinlər təhlükəsiz bölgələrə sığınıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə