Britaniya kraliçası sosial şəbəkə hesablarına görə işçi axtarır

Britaniya kraliçası sosial şəbəkə hesablarına görə işçi axtarır

Britaniya kraliçası İkinci Yelizaveta sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır. Axar.az xəbər verir ki, kraliça bu işi görən şəxsə ildə 30 min sterlinq maaş verəcəyini açıqlayıb. Namizədlərin universitet təhsili alması, elektron portalların idarə olunmasında təcrübəli, yenilikçi və yaradıcı olması vacibdir.

Namizədlər arasından seçiləcək şəxs aşağıdakı işləri görəcək:

- Kral ailəsinin rəsmi Tvitter hesabını idarə etmək

- Kraliça və Kral ailəsinin gördüyü işləri Tvitterdə ictimaiyyətə çatdırmaq

- Tvitter hesabı ilə yanaşı, Feysbuk və Yutub hesablarını da idarə etmək

- Rəsmi görüşləri və mərasimləri sənədləşdirmək.

Bütün xəbərlər Facebook səhifəmizdə