Tayvanda avtobus qəzası nəticəsində azı 32 nəfər ölüb, 13 nəfər yaralanıb. Tayvanın CNA mərkəzi informasiya agentliyinin xilasedicilərə istinadla yaydığı məlumata görə, qəza yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 17:00) adanın inzibati mərkəzi Taybey şəhərinin yaxınlığındakı sürət şosesində baş verib. Salonunda sürücü və bələdçi ilə birlikdə 45 nəfər olan sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Xilasedicilər avtobusdan 30 nəfərin cəsədini çıxarıblar. Daha 2 nəfər sonradan xəstəxanada keçinib. Ağır vəziyyətdə olan 13 yaralı xəstəxanalara yerləşdirilib. Sərnişinlərin əksəriyyətinin Tayçjun şəhərinə ekskursiyadan qayıdan yerli pensiyaçılar olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB