Pakistanda partlayış  16 ölü

Pakistanın Laxor şəhərinin Pəncab əyalətinin Məclisi yaxınlığındakı Feyzal meydanında mitinq zamanı baş verən güclü partlayış nəticəsində azı 16 nəfər ölüb. RİA informasiya agentliyi xəbər verir ki, partlayış nəticəsində 30-a yaxın insanın xəsarət aldığı bildirilir.

18:01

Fevralın 13-də axşam saatlarında Pakistanın Laxor şəhərinin Pəncab əyalətinin Məclisi yaxınlığındakı Feyzal meydanında mitinq zamanı güclü partlayış olub.

Pakistan mətbuatının məlumatına görə, hadisə nəticəsində zərərçəkənlər var.

Hadisə ilə bağlı əlavə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə