Kaliforniyada fövqəladə vəziyyət elan edilib bənd dağıldı

Kaliforniyada fövqəladə vəziyyət elan edilib bənd dağıldı

Kaliforniya qubernatoru Cerri Braun ABŞ-ın ən böyük bəndinin dağılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiqi və bəzi yaşayış məntəqələrinin əhalisinin təxliyə edilməsi barədə göstəriş verib. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, Kaliforniyanın hökumət orqanları Layv Ok, Merisvill, Uitlend, Plamas Leyk, Olivherst Hridli, Orovill və Yuba-Siti yaşayış məntəqələrinin təxminən 190 min sakininin təxliyəsi barədə məlumat yayıb. Həmçinin Orovill gölündə suyun səviyyəsinin aşağı salınması üçün tədbirlər görülür.

Uzunsürən quraqlıqdan sonra bu qış başlayan güclü yağıntı Orovill gölündə suyun səviyyəsinin xeyli artmasına səbəb olub. Nəticədə əvvəlcə əsas, sonra isə ehtiyat su buraxıcısı eroziyaya uğrayıb və onların dağılma təhlükəsi yaranıb.

Xatırladaq ki, 1962-1968-ci illər arasında tikilən "Oroville" bəndi ABŞ-ın ən hündür hidrotexniki qurğusudur. Hündürlüyü 230 metr olan bəndin yaratdığı göldə 4,3 milyard kubmetr su toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə