Rusiya Federasiyasının Altay Respublikasında helikopter qəzaya uğrayıb. TASS agentliyi xəbər verir ki, ekskursiya uçuşu həyata keçirən "Robinson" tipli helikopter Teletskoye gölünə düşüb. İlkin məlumata görə, helikopterin göyərtəsində 5 nəfər olub. Qərbi Sibir Nəqliyyat Prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB