Berdiməhəmmədov Türkmənistan Prezidenti seçkilərində səs verib

Berdiməhəmmədov Türkmənistan Prezidenti seçkilərində səs verib

Hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti seçkilərində səs verib. SİA-nın Türkmənistanın dövlət informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Türkmənistan dövlət başçısı səsverməyə ailəsi ilə birlikdə gəlib. Türkmənistanda saat 15:00 olan məlumata görə, seçicilərin 86,93 faizi səs verib. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçkilər Komitəsi məlumat yayıb. Prezident seçkiləri bu gün yerli vaxtla saat 07:00-da başlayıb. Səsvermə 19 saat davam edəcək. Seçkilərdə, səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu qazanmış namizəd seçilmiş sayılır. Dövlət başçısı yeddi il müddətinə seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə