Fevralın 9-da Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya KİV-ləri xəbər verir ki, prezidentlər Suriya probleminin əsas aspektləri üzrə beynəlxalq terrorizmlə birgə mübarizə kontekstində fikir mübadiləsi aparıblar. Bundan başqa, ticarət-iqtisadi və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Vladimir Putin telefon danışığı zamanı Əl-Babda bir neçə türk əsgərinin həlak olduğu faciəli insidentlə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Bir qədər əvvəl Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın şimalında İŞİD terrorçuları ilə atışmada 4 əsgərin həlak olduğu və 15-nin yaralandığı barədə xəbər verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB