Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına(AŞPA) qayıtmasının heç bir mənası yoxdur. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov deyib. O bildirib ki, assambleyanın Rusiyaya qarşı bir sıra reallığı əks etdirməyən qətnamələri var. Buna görə çətin ki, Rusiya nümayəndə heyəti AŞPA-ya qayıtsın: "Mən bu məsələdə pessimistəm. Çünki AŞPA-ya dönüşün heç bir mənası yoxdur. Onlar Rusiyaya qarşı qəbul etdikləri qətnamələrlə özlərini girova çeviriblər. Tutaq ki, biz qayıtdıq, yenə də Rusiya qətnamələri yerinə yetirmir söhbəti davam edəcək. Bu bizə nə verir? Heç nə. Onlara da heç nə vermir".
Qeyd edək ki, 2014-2015-ci illərdə AŞPA Krım məsələsinə görə Rusiya nümayəndə heyətini səsvermə hüququndan məhrum edib. Buna cavab olaraq Rusiya nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB