Misir XİN təyyarə qəzasını terror aktı adlandırdı

Misir XİN təyyarə qəzasını terror aktı adlandırdı

Misirin Xarici İşlər Nazirliyi ötən ilin oktyabrında Rusiyaya məxsus "Airbus 321" təyyarəsinin Şarm əl-Şeyxdə qəzaya uğramasını rəsmi olaraq terror aktı adlandırıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Misir XİN-in rəsmi nümayəndəsi Əhməd Abu Zeyd bildirib.

Qeyd edək ki, daha əvvəl rəsmi Qahirə terror aktı versiyasını rədd edirdi və araşdırmanın nəticəsinin gözləməyi məsləhət bilirdi. Qəza nəticəsində təyyarədə olan 224 nəfər sərnişinin hamısı həlak olmuşdu. Bundan sonra Rusiya ilə Misir arasında birbaşa aviareyslər dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə