Aleksis Tsipras Ukraynaya rəsmi səfər edəcək

Aleksis Tsipras Ukraynaya rəsmi səfər edəcək

Yunanıstanın Baş naziri Aleksis Tsipras fevralın 8-9-da Ukraynaya rəsmi səfər edəcək. Səfər çərçivəsində ölkə rəhbərliyi və Ukraynada yaşayan yunan diasporu ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, 2016-cı ildə Davosda Aleksis Tsipras Petro Poroşenko ilə görüşdə Ukraynaya vizasız rejimin tətbiq edilməsini dəstəklədiyini vurğulayıb. Tərəflər iki ölkə arasında iqtisadi, sənaye, elmi-texniki əməkdaşlığın genişləndirilməsinin, əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə