Ermənistanın baş naziri Karen Karapetyan ABŞ-ın İrəvandakı səfiri Riçard Millslə görüşmək niyyətindədir. SİA "aysor.am"a istinadən xəbər verir ki, bu barədə baş nazir Ermənistandakı korrupsiya ilə bağlı səfirin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Karapetyan bildirib: "Səfirlə görüşəndə fikrimi deyəcəm və siz də biləcəksiniz".
Qeyd edək ki, R.Mills bir neçə gün əvvəl Ermənistanda korrupsiyanın ölkənin milli təhlükəsizliyini təhdid edəcək səviyyəyə gəldiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB