Aİ Rusiyaya qarşı sanksiyaları uzadır

Aİ Rusiyaya qarşı sanksiyaları uzadır

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzatmağa hazırlaşır. SİA "Bloomberg"ə istinadən xəbər verir ki, yaxın zamanda belə bir qərar qəbul ediləcək. Aİ sanksiyaları martın ortalarında uzatmaq niyyətindədir. Belə ki, biznesmenlərin də daxil olduğu 100-dən çox Rusiya vətəndaşına qarşı məhdudiyyətlər tətbiq ediləcək. Həmin siyahıyadakı şəxslərin Aİ ərazisinə girişi qadağan ediləcək, səhmləri isə dondurulacaq.

Qeyd edək ki, qurum 2014-cü ildən, yəni Krımın Rusiyaya birləşdirilməsindən sonra fərdi şəkildə sanksiyalar tətbiq etməyə başlayıb. Sonuncu dəfə həmin sanksiyalar ötən ilin sentyabrında 6 ay müddətinə uzadılıb. Aİ ötən ilin noyabrındda fərdi şəxslərə qarşı sanksiyaların genişləndiriləcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə