Astanada Rusiya, Türkiyə və İranın operativ qruplarının Suriyada atəşkəsə nəzarət üzrə birgə iclası başlayıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, iclasda BMT və İordaniya ekspertləri də iştirak edirlər.
Qeyd edək ki, 23-24 yanvar tarixlərində Astanada İran, Rusiya, Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Suriyada atəşkəsə nəzarət etmək üçün üçtərəfli mexanizmin yaradılması üzrə razılığa gəlinib. Mexanizmin detalları və onun həyata keçirilməsinin bü gün müzakirə olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB