Yunanıstandakı Türkiyə səfirliyinə hücum olub

Yunanıstandakı Türkiyə səfirliyinə hücum olub

Türkiyənin Yunanıstandakı səfirliyi boya şüşələri ilə "atəşə tutulub". Bu barədə Türkiyənin milliyet.com saytı xəbər yayıb. Saytın məlumatında deyilir ki, əlində qırmızı və qara rənglərlə dolu butulka olan səkkiz nəfərdən ibarət qrup səfirlik binasına yaxınlaşaraq boya şüşələrini binanın divarına və kandarına atıblar.

Hadisə şahidlərinin sözlərinə görə, gənclərdən ibarət qrup DHKP-C terror təşkilatının şüarlarını səsləndirərək səfirlik binasından uzaqlaşıblar. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə