Ukrayna açıqladı: ABŞ-la aramızda qarşılıqlı etibar mühiti yaradılıb

Ukrayna açıqladı: ABŞ-la aramızda qarşılıqlı etibar mühiti yaradılıb

Ukrayna və ABŞ arasında qarşılıqlı etibar mühiti yaradılıb. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının rəhbər müavini Valeri Çal Ukrayna Prezidenti Pyotr Poroşenko ilə ABŞ Prezidenti Donald Tramp arasındakı telefon danışığını şərh edərkən Feysbuk hesabında bildirib.

"Poroşenko və Tramp arasında konstruktiv və praqmatik görüş oldu. Faktiki olaraq, bizim ölkə liderlərinin əlaqələri bir növ sistem təşkil edir. Sadəcə iş. Böyük ikitərəfli və geosiyasi iş. Əsası isə qarşılıqlı etibarın olmasıdır", - Çal qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə