Son bir neçə gündür Əfqanıstanın bəzi bölgələrində dəhşətli əlverişsiz hava şəraiti tüğyan edir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ölkənin şimal-şərqindəki Badahşan əyalətində son iki gündə güclü qar yağması səbəbindən 19 nəfər ölüb və 17 nəfər yaralanıb.
Bundan əlavə, Əfqanıstanın paytaxtı Kabilə də güclü qar yağıb. Nəticədə bir neçə əsas magistral yol başlanıb, 250-dən çox avtomobil yollarda qalıb. Kabildə ofisləri yerləşən çox sayda təşkilatda da qar yağması səbəbindən iş dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB