Pakistanın Çitral şəhərində qaç uçqunu nəticəsində 6-sı uşaq olmaqla azı 14 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə xidmətinin nümayəndəsi Nizamuddin Şah uçqun nəticəsində 5 evin tamamilə dağıldığını, 25 evin isə qarın altında qaldığını bildirib.
Pakistan polisinin məlumatına görə, ölkə ərazisində baş vermiş digər qar uçqunu nəticəsində təhlükəsizlik xidmətinin yeddi əməkdaşı yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB