Belarusla Rusiya arasında sərhəd zonalarının öncədən danışıqlar olmadan demarkasiyası Minsklə Moskva arasında ciddi konfliktə səbəb ola bilər. Bunu jurnalistlərlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib: "Birtərəfli qaydada sərhəd zonalarının tikilməsi ilə Moskva yad əraziyə daxil ola və oranı tuta bilər. Mən əminəm ki, Rusiya buna getməyəcək".
Qeyd edək ki, Rusiya bir neçə gün öncə Belarusla sərhəd zonalarının bərpa olunması haqqında qərar verib. Belarusla Rusiya arasında 1995-ci ildən bu yana sərhəd zonaları olmayıb. 2014-cü ildə Belarus belə sərhəd zonalarının yaradılması haqqında qərar qəbul etsə də, onu reallaşdıra bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB