Fransada 250 min insan elektriksiz qalıb

Fransada 250 min insan elektriksiz qalıb

Güclü qasırğa nəticəsində Fransanın cənub-qərbində 250 min insan elektrik enerjisiz qalıb. Xarici KİV-lər xəbər verir ki, Fransanın "Enedis" şirkətinin məlumatına əsasən, elektrik təminatında yaranan problemləri aradan qaldırmaq üçün əlavə mütəxəssislər cəlb edilib. Şənbə günü səhər saatlarında başlayan güclü qasırğanın sürəti bəzi hallarda saatda 148 kilometrə çatıb.

Meteoroloqlar hava şəraiti ilə əlaqədar Fransanın qərb regionu olan Yeni Akvitaniyada maksimal – "qırmızı" təhlükə səviyyəsi elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə