Əsəd ordusu atəşkəsi pozdu, 11 dinc sakin həyatını itirdi

Əsəd ordusu atəşkəsi pozdu, 11 dinc sakin həyatını itirdi

Suriyada son iki gündə rejim ordusu atəşkəsi pozub. Axar.az xəbər verir ki, hücum zamanı 11 dinc sakin həyatını itirib.

Suriya Yerli Koordinasiya Komitəsinin (LCC) bəyanatında qeyd edilir ki, ordu paytaxt Dəməşqin Şərqi Quta bölgəsində hücumlar həyata keçirib və son iki gündə atəşkəs 20 dəfə pozulub. Hücumlara məruz qalan bölgələrdə İŞİD üzvlərinin olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə