Savçenko açıqladı: Poroşenko xalq düşmənidir

Savçenko açıqladı: Poroşenko xalq düşmənidir

Ukrayna parlamentinin deputatı, Milli Qəhrəman Nadejda Savçenko prezident Pyotr Poroşenkonu xalq düşməni adlandırıb. Axar.az xəbər verir ki, deputat "Novoya Vremya" qəzetinə müsahibəsində Poroşenkonun bütün Ukrayna vətəndaşlarını həyatını alt-üst etdiyini deyib.

"Mənim düşmənim hər insanın həyatını daha da pisləşdirən, yəni xalqımın düşməni olan şəxsdir. Bəli, Poroşenkonun xalq düşməni olduğunu düşünürəm", - Savçenko bildirib. Qeyd edək ki, Ukraynanın Milli Qəhrəmanı ilk dəfə deyil ki, Poroşenkonu tənqid edir. O, bir çox açıqlamalarında Poroşenkonun zəif lider olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə