ATƏT-in Minsk qrupu regiona səfər edəcək

ATƏT-in Minsk qrupu regiona səfər edəcək

ATƏT-in Minsk qrupu yazda Azərbaycana və Ermənistana səfər edəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə fransalı həmsədr Stefan Viskonti Ermənistan KİV-nə müsahibəsi zamanı deyib: "Səfərin dəqiq tarixi yoxdur, amma düşünürəm ki, yazda tərəflərlə konsultasiya aparmaq üçün regiona səfər edəcəyik".

Viskonti hazırki şəraitdə Bakı ilə Yerevan arasında dialoqu bərpa etməyi və yeni hərbi toqquşmaların qarşısının alınmasını ən vacib məqsəd adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə