Putin generalların işdən çıxarılması ilə bağlı fərman imzalayıb

Putin generalların işdən çıxarılması ilə bağlı fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin FHN, DİN və İstintaq Komitəsinin 16 generalının işdən çıxarılmasına dair fərman imzalayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq sənəd hüquq informasiyasının internet portalında yerləşdirilib.

Fərmana görə, 16 general tutduğu vəzifədən azad edilir, onlardan ikisi bununla yanaşı, hərbi xidmətdən tərxis edilir. Kadr dəyişikliyinə dair hələlik heç bir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə