ABŞ-ın yeni prezidenti Donald Tramp Avstraliyanın baş naziri Malkolm Ternbulla telefon danışığı zamanı onun üstünə qışqırıb. SİA-nın məlumatına görə, bu barədə Sky News telekanalı xəbər yayıb. Məlumata görə, Trump ikitərəfli əməkdaşlı məsələlərinin və Asiya-Sakit okean regionunda vəziyyətlə bağlı aparılan müzakirə zamanı baş nazirə qışqırıb. Telefon danışığının bir saat davam edəcəyi gözlənilsə də, 25 dəqiqə sonra Ağ Ev rəhbəri dəstəyi asıb.
Qeyd edək ki, Avstraliya öz ərazisinə gələn qaçqınlarla bağlı çox sərt siyasət aparır. Sığınacaq axtaran qaçqınlar qitə ölkələrinin sahillərinə gəldiyi zaman, Avstraliya hakimiyyət onları yerləşdirməkdən imtina edir və bir qayda olaraq miqrantları ya ölkələrinə göndərir, ya da Okeaniya, Manus, Yeni Qvineya adalarına yönləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB