Tramp rəhbərliyi öz mövqeyini təcəssüm etdirməlidir. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumundan sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Lavrov Trampın Suriyada təhlükəsiz bölgələr yaradacağı barədə sualı cavablandıraraq növbəti dəfə mövqeyini ortaya qoyub: "Bunu müzakirə etməyə və dəyərləndirməyə hazırıq, ancaq Tramp rəhbərliyi öz mövqeyini bildirməlidir".
Xatırladaq ki, Donald Tramp Avropa və ABŞ-a miqrant axınının qarşısını almaq üçün Suriyada təhlükəsiz bölgə yaratmaq barədə təklif irəli sürüb. Artıq Səudiyyə Ərəbistanı və Qətər Trampın bu fikrini dəstəkləyib. Bu ideya Suriya konfliktinin ilk vaxtından Türkiyə Prezidenti Ərdoğan tərəfindən dilə gətirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB