CNN televiziyası ilə Donald Tramp arasındakı gərginlik böyüyür

CNN televiziyası ilə Donald Tramp arasındakı gərginlik böyüyür

Ağ Ev öz nümayəndələrini CNN televiziyasının proqramlarına göndərməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Politiko" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet CNN-ə qadağanın daimi olmayacağını bildirib.

CNN televiziyasının reportyorlarından biri isə qəzetə açıqlamasında Ağ Evin bu addımı bilərəkdən atdığını söyləyib. O, Tramp administrasiyasının CNN-i cəzalandırdığını və kanalın reytinqini aşağı salmağı hədəflədiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə