Hakerlər Çexiya XİN-in elektron poçtuna hücum ediblər

Hakerlər Çexiya XİN-in elektron poçtuna hücum ediblər

Xarici hakerlər Çexiya XİN-in elektron poçtuna hücum ediblər. "Neovlivni.cz" saytının məlumatına görə, bir neçə ay davam edən hücum xarici işlər naziri Lübomir Zaoralekin və onun müavinlərinin elektron poçt qutularını hədəfə alıb. Hazırda hadisənin miqyası araşdırılır.

XİN-in mətbuat katibi Mixaela Laqronova deyib: "Hələlik bizdə məxfi məlumatların təhlükə alında olması barədə informasiya yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə