Baş nazir: “NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək”
NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Estoniyanın baş naziri Yuri Ratas bildirib. "Çox güman ki, bu NATO-nun Estoniyada mayda nəzərdə tutduğu təlim zamanı baş verəcək", deyə Y.Ratas qeyd edib.
O əlavə edib ki, Estoniya bununla bağlı müdafiə xərclərini artırmaq niyyətindədir. 2017-ci ilin büdcəsində hərbi xərclərin ÜDM-un 2,17%-i təşkil edəcəyi planlaşdırılır. Qeyd edək ki, ötən il Varşavada keçirilən NATO sammitində 2017-ci ildə Latviya, Litva, Estoniya və Polşada NATO qüvvələrinin yerləşdirilməsinə dair qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB