Türkiyə və İsrail arasında 7 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək

Türkiyə və İsrail arasında 7 ildən sonra  ilk siyasi məsləhətləşmə keçiriləcək

Türkiyə və İsrail arasında 7 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək. Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məsləhətləşmə fevralın 1-də Ankarada keçiriləcək. Hər iki ölkə qarşılıqlı əlaqələri və səfərləri maksimum şəkildə normallaşdırmağa çalışır. Bu həftə Türkiyə hökumətinin nazirlərindən birinin də İsrailə səfəri gözlənilir.

Qeyd edək ki, 2010-cu ildə "Mavi Mərmərə" hadisəsindən sonra korlanan Türkiyə-İsrail əlaqələri 2016-cı ilin iyulunda münasibətlərin normallaşdırılması ilə bağlı imzalanan razılıqdan sonra yenidən yaxşılaşmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə