ABŞ-dan Rusiya və Çinlə bağlı - Şok plan

ABŞ-dan Rusiya və Çinlə bağlı - Şok plan

ABŞ Milli Kəşfiyyat İdarəsi və Strateji Komandanlığı Rusiya və Çinin nüvə hücumundan sonra fəaliyyətinə davam edib-etməyəcəyi istiqamətində dəyərləndirmə aparır. "Blumerq" xəbər verir ki, sözügedən araşdırma Çinin hərbi gücünü artırmasından yaranan narahatlıq və Rusiya rəhbərliyinə qarşı etimadsızlığın yaranmasından sonra ABŞ Konqresinin göstərişi ilə başlanılıb.

Araşdırma nəticəsində Rusiya və Çinin yeraltı və yerüstü mühüm hərbi və siyasi infrastrukturlarının yeri və tərzinə dair məlumatlar əldə edilməsi planlaşdırılır. Sözügedən araşdırmanın Tramp hakimiyyətindən öncə tələb edildiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə