Ərdoğan martda Rusiyaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında Rusiyaya səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər verib. Məlumatda deyilir ki, Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Ərdoğanın Putinlə görüşdə Türkiyə məhsullarının Rusiyaya idxalında məhdudiyyətlərin aradan qaldırılması, türk vətəndaşları üçün vizanın tamamilə ləğvi, eləcə də Suriya məsələsinin müzakirə edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə