Türkiyənin Liviyadakı səfirliyi fəaliyyətini bərpa edib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb. O bildirib ki, səfirlik paytaxt Tripolidə yenidən açıldı: "Biz Liviyada sülh, sabitlik, bərpa işlərində dəstəyimizi daha güclü şəkildə davam etdirəcəyik".
Xatırladaq ki, Ankara Liviyada mövcud vəziyyətlə əlaqədar 2014-cü ildə səfirliyinin fəaliyyətini dayandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB