Benua Hamon Fransada solçuların prezidentliyə namizədi oldu

Benua Hamon Fransada solçuların prezidentliyə namizədi oldu

Fransada solçu partiyaları 2017-ci ildə keçiriləcək prezident seçkilərində təmsil edəcək namizədin müəyyənləşdirilməsi üçün keçirilən seçkilərin ikinci turunun nəticələri açıqlanıb. 7530 seçki bürosunda baş tutan səsvermədə 1 milyon 306 min 852 seçici səs verib.

Səsvermənin nəticələrinə görə, Benua Hamon səslərin 58.65 faizini toplayaraq 2017-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olub.

Sabiq Baş nazir Emmanüel Vals 41.35 faiz səslə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə