Ermənistanın müdafiə naziri İrana niyə gedir?

Ermənistanın müdafiə naziri İrana niyə gedir?

Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan İrana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb. Səfər çərçivəsində Sərkisyanın iranlı həmkarı ilə görüşəcəyi gözlənilir. Məlumata görə, səfər 30 yanvarda baş tutacaq.

"Səfərin əsas məqsədi İranla Ermənistan arasında hərbi məsləhətləşmələrini davam etdirməkdir. Həmçinin ikitərəfli əlaqələrin inkişafı müzakirə ediləcək", - mənbə qeyd edib. Maraqlıdır ki, Sərkisyanın bu səfəri haqda nə Ermənistan, nə də İran heç bir rəsmi açıqlama yaymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə