HHQ-nın qadın rəhbəri

Yeni general-mayor rütbəsi alan 49 yaşlı Tonye Skinnarland Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri təyin olunan ilk qadın oldu. SİA-nıb "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-lər məlumat yayıb. Skinnarland 2016-ci ilin oktyabrından Pera-Egilya Rüqqanın ölümündən sonra faktiki olaraq bu vəzifəni tuturdu. Ötən həftənin sonunda krallığının Dövlət Şurası Skinnarlandı rəsmən bu vəzifəyə təyin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə