Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Rusiya mətbuatının "Röyter" agentliyinə istinadən yaydığı məlumata görə telefon danışığı 45 dəqiqə davam edib. Telefon danışığı zamanı ABŞ Prezidentinin kabinetində vitse-prezident Mayk Pens, Ağ ev aparatının rəhbəri Rays Pribs, prezidentin milli təhlükəsizlik və strateji məsələlər üzrə müşaviri Stiven Bennon da olublar.

Qeyd edək ki, bu, Trampın inauqurasiyasından sonra Rusiya və ABŞ liderləri arasında ilk telefon danışığıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə